Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aylar sonra instaqrama qayıtdı
 
						Aylar sonra instaqrama qayıtdı
Əlavə olunub: 03.07.2025 | 21:55 | Baxılıb: 2509
Karyerasını İtaliyada davam etdirən türkiyəli aktyor Can Yaman 11 milyon izləyicisi olan hesabını sildikdən aylar sonra yenidən instaqrama qayıdıb.

“sirin.az” xəbər verir ki, aktyorun izləyicilərinin sayı qısa müddətdə 70 mini keçib.

Xatırladaq ki, Can Yaman ötən ilin iyun ayında 11 milyonluq instaqram hesabını silmişdi. Məlumata görə, Yamanın hesabını silməsinə səbəb sosial medianın ona xeyirdən çox zərər gətirməsi və işinə konsentrasiyasına təsir etməsi olub. 

Qeyd edək ki, 35 yaşlı aktyor Türkiyədə yayımlanan “İnadına aşk”, “Hangimiz sevmedik”, “Dolunay”, “Erkenci kuş”, “Bay yanlış” kimi seriallarda baş rolu oynayıb. 2022-ci ildə dünyaca məşhur brendlər olan “Dolce & Gabbana” və “Mercedes-Benz”in üzü olub. 



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.