
“sirin.az” xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, "Kəpəz" A.Şükürovun rəhbərliyi altında bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 5 oyunun hamısında uduzub və hazırda turnir cədvəlində 12 komanda arasında sonuncu yeri tutur.
Qeyd edək ki, Adil Şükürov Premyer Liqanın 5-ci turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərlə mübahisə etməsi ilə gündəmə gəlmişdi.