Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azər ölüm xəbərlərinə belə reaksiya verdi - Video
 
						Azər ölüm xəbərlərinə belə reaksiya verdi 
							 - Video
Əlavə olunub: 08.13.2025 | 10:50 | Baxılıb: 8299
Ötən gün sosial şəbəkələrdə aktyor Azər Axşamın vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

“sirin.az” xəbər verir ki, aktyor yayılan dezinformasiya ilə bağlı sosial şəbəkə üzərindən açıqlama yayıb.

O bildirib ki, sağ-salamatdır: “Hər şey yaxşıdır, şükürlər olsun. Zəng edən, narahat olan dostlara dərin təşəkkürümü bildirirəm. Ölüm haqdır, Allahın əlində olan bir şeydir. Bu xəbəri yayanlara da mən nə deyə bilərəm?! Adam məlumatı dəqiqləşdirər, yerini öyrənər, sonra verər. Allah bizi savadsız düşüncəyə sahib olan, dünyagörüşü olmayan insanlardan qorusun. Çox təəssüf ki, belədir, nə etmək olar?! Həyat davam edir, göydəki nöqtəni qoyana qədər”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.