Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 16:55 | Baxılıb: 1097
Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz - 2025” (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib. 

“sirin.az” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.

Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, dəvət təliminə 19 ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.