“sirin.az” xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı bildirib.
“Bu, Azərbaycan hökumətinin böyük maliyyə və iqtisadi imkanlara malik olduğunu sübuta yetirən ən mühüm göstəricilərdən biridir. Ayrı-ayrı zamanlarda bəzi ölkələrdə belə hallar olub. Ancaq bu ölkələrdə dağıdılmış ərazilərin yenidən qurulmasına bir sıra ölkələrin donorluğu ilə böyük vəsaitlər cəlb olunub. Azərbaycan isə özünün vəsaiti hesabına bu qədər böyük ərazidə quruculuq və abadlıq işlərini uğurla həyata keçirir”, - deyə, Ə. Əhmədov vurğulayıb.
Nuranə Daxilqızı