“sirin.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində qeyd edilib.
Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikasının ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi Konstitusiyamızda başlıca prinsiplərdən biri kimi təsbit olunub. 1995-ci il noyabrın 24-də Milli Məclisin ilk iclasında çıxış edən Heydər Əliyev demişdir ki, “yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır”.