Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan ilk dəfə UN-Habitat İcraiyyə Şurasına üzv seçildi
 
						Azərbaycan ilk dəfə UN-Habitat İcraiyyə Şurasına üzv seçildi
Əlavə olunub: 05.30.2025 | 14:44 | Baxılıb: 622
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının mayın 30-da Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb. 

Bildirilib ki, UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Qeyd edilən nüfuzlu BMT strukturuna üzvlüyümüz 2025-2029-cu illəri əhatə edəcək.

Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma Gününün (WHD23) Azərbaycanda keçirilməsi olub.

Bununla yanaşı, Azərbaycan 17-22 may 2026-cı il tarixlərində qlobal əhəmiyyətli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.