Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - Video - Yenilənib
 
						Azərbaycan səfiri Rusiya XİN-ə getdi 
							 - Video - Yenilənib
Əlavə olunub: 07.01.2025 | 10:53 | Baxılıb: 6623
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, diplomat rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.

R. Mustafayevin diplomatik nümayəndəliyə gəlişinin görüntüləri də yayılıb.

***

Səfir Rəhman Mustafayev Rusiya XİN-in binasını tərk edib. O, görüşlə bağlı detalları açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına səbəb kimi ötən gün Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) “Sputnik-Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.