Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumunu müzakirə etdilər
 
						Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumunu müzakirə etdilər
Əlavə olunub: 02.28.2025 | 12:58 | Baxılıb: 989
Xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb. 

XİN-dən “sirin.az”ya verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.