“sirin.az” xəbər verir ki, həmsədrlərə Bakı Limanına dair təqdimat nümayiş etdirilib.
Tədbirdə limanın tarixi, infrastrukturu və imkanları, o cümlədən illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması məqsədilə ikinci faza çərçivəsində aparılan tikinti işləri barədə məlumat verilib.
Qeyd edilib ki, ikinci fazanın tamamlanmasından sonra Bakı limanının genişləndirilməsi Azərbaycanın Avropa və Asiyanı əlaqələndirən nəqliyyat və logistika qovşağı kimi strateji əhəmiyyətini daha da artıracaq.
Daha sonra limanın əsas yük terminalına, Ro-Ro və Bərə terminallarına, çeşidləmə məntəqəsinə baxış keçirilib.