Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşdü - Fotolar
 
						Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşdü 
							 - Fotolar
Əlavə olunub: 05.16.2025 | 13:55 | Baxılıb: 704
Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan Respublikasının Baş Qərargah rəisinin müavini - Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi general-mayor Fayzulla Badenovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən (MN) “sirin.az”ya verilən məlumata görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Döyüşü İdarəetmə Mərkəzində, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Komanda məntəqələrində olub.

Qonaqlara qoşunların gündəlik fəaliyyəti, böhran və fövqəladə hallar zamanı idarə olunması üzrə brifinq təqdim edilib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Keçirilən görüşlərdə bu cür qarşılıqlı səfərlərin iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd olunub.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.