Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanda zəlzələ - 4 bala qədər hiss edildi-Yenilənib
 
						Azərbaycanda zəlzələ 
							 - 4 bala qədər hiss edildi-Yenilənib
Əlavə olunub: 06.05.2025 | 16:20 | Baxılıb: 8451
Azərbaycanda zəlzələ baş verib.

“sirin.az” xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Şamaxı rayonunun Pirqulu qəsəbəsidir.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

***

Mərkəzin məlumatına görə, Şamaxıda yenidən zəlzələ olub.

Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib, təkanlar hiss olunmayıb.

***

Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb:

“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.