Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.28.2025 | 18:47 | Baxılıb: 907
Stolüstü tennişçilər Onur Quluzadə ilə Adil Əhmədzadə bu gün III MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıblar.

“sirin.az” xəbər verir ki, həlledici görüşdə rusiyalı Yevgeni Vasikov - Yevgeni Dosov cütü ilə qarşılaşan idmançılarımız 0-3 hesabı ilə uduzaraq gümüş mükafata layiq görülüblər.

Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub.

Qeyd edək ki, bu, stolüstü tennisçilərin III MDB Oyunlarında qazandıqları 6-cı mükafatdır. Bunadək, qızlardan və oğlanlardan ibarət kollektivlər komanda yarışlarında ikinci yeri tutub. Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Sabah 3 idmançımız - Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşunə çıxacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.