Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk” - Tramp
 
						“Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk” 
							 - Tramp
Əlavə olunub: 05.28.2025 | 18:18 | Baxılıb: 1898
“Biz Azərbaycanla əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk”.

“sirin.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyib.

O qeyd edib ki, 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib:

“Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.