Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanlı kursant Türkiyədə vəfat etdi - Fotolar+Yenilənib
 
						Azərbaycanlı kursant Türkiyədə vəfat etdi 
							 - Fotolar+Yenilənib
Əlavə olunub: 02.26.2025 | 18:04 | Baxılıb: 7631
Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnstitunun kursantı olmuş Elvin Quluzadə vəfat edib.

“sirin.az” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunub ki, E.Quluzadə bu gün xərçəng xəstəliyindən həyatını itirib.

***

Müdafiə Nazirliyindən “sirin.az”ya bildirilib ki, Rusiyada hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyənin Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilmiş, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat etmişdir.

Faktla bağlı araşdırma aparılır. 

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantın ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.