Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Azərbaycanlılar Xankəndidən könüllü getməyib” - Arayik
 
						“Azərbaycanlılar Xankəndidən könüllü getməyib” 
							 - Arayik
Əlavə olunub: 04.15.2025 | 00:50 | Baxılıb: 4198
Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.

“sirin.az"in məlumatına görə, təqsirləndirilən şəxs Arayik Harutyunyan məhkəmədə bir sıra etiraflar edib.

O, hansısa küçədə azərbaycanlıların evlərinin yandırılması, qətllər, qarətlər barədə eşitdiyini bildirib. Buna baxmayaraq, təqsirləndirilən şəxs hadisələrin məhkəmədə açıqlanan miqyasda olması barədə məlumatsız olduğunu iddia edib və qeyd edib:

“Bilmirdim ki, bu qədər qətl, zorakılıq olub. Cinayət işlərinin açılmasından da məlumatsız idim. Eşidirdim, görürdüm ki, Xankəndidə azərbaycanlıların hərəkət etmələrində, məsələn, dükandan nəsə almalarında problem var idi. Oradakı azərbaycanlıların evlərindən getmələrinə gəlincə, dəqiq budur ki, onlar bunu könüllü etməyiblər”.

Təqsirləndirilən şəxs qətllərin olmasını da təsdiqləyərək deyib: “Bəli, çoxlu qətllər, hətta ermənilərin erməniləri öldürdükləri faktlar da olub. Yəni, ermənilər təkcə azərbaycanlılara qarşı olmayıblar, orada məişət, siyasi zəmində ermənilərin erməniləri öldürmələri halları olub. Xankəndidə, Qarabağda yüksəkvəzifəli şəxsi öldürüblər”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.