Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim
 
						Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim
Əlavə olunub: 06.14.2025 | 16:42 | Baxılıb: 4038
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

“sirin.az"in əldə etdiyi məlumata görə, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmədə hakimlərin sayının artırılmasına qərar verilib.

Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynli bu məqsədlə Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunub. H. Hüseynli daha əvvəl Xəzər Rayon Məhkəməsində spiker hakim vəzifəsində də çalışıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə hakim yaş həddi ilə əlaqədar yaxın zamanlarda təqaüdə göndəriləcək, ikisi isə bir müddət əvvəl vəfat edib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.