Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda müstəmləkəçiliyə qarşı mübarizə aparanlara dəstək üçün fləşmob keçirilib - Fotolar
 
						Bakıda müstəmləkəçiliyə qarşı mübarizə aparanlara dəstək üçün fləşmob keçirilib 
							 - Fotolar
Əlavə olunub: 03.29.2025 | 14:14 | Baxılıb: 1041
Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən “Kolonializm: milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfrans çərçivəsində müstəmləkə rejimlərinə qarşı mübarizə aparanlara dəstək üçün fləşmob keçirilib.

“sirin.az” “Report”a istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan konfrans iştirakçıları dinc etirazlarda iştirak etdiklərinə görə Fransa hakimiyyəti tərəfindən həbs edilmiş Yeni Kaledoniya siyasi məhbusları ilə həmrəyliklərini ifadə ediblər.

Nümayəndələr onların mübarizəsini dəstəkləmək məqsədilə Yeni Kaledoniya siyasi məhbuslarının portretləri olan köynəklər geyiniblər.







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.