Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.26.2025 | 17:45 | Baxılıb: 2288
Bakıda “Chevrolet Cobalt LTZ” markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub.

“sirin.az” xəbər verir ki, Binəqədi şosesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını çıxardığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən sürücü saxlanılıb, avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Ə.Rzayev barəsində qanunvericiliyə uyğun müvafiq məsuliyyət tədbirləri görülməklə 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.