Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda Rusiya və Suriya kəşfiyyatının nümayəndələri arasında görüş olub
 
						Bakıda Rusiya və Suriya kəşfiyyatının nümayəndələri arasında görüş olub
Əlavə olunub: 04.25.2025 | 16:50 | Baxılıb: 2946
Ötən həftə Azərbaycanda Rusiya və Suriyanın kəşfiyyat xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin açıqlayıb.

“Ötən həftə Bakıda Əfqanıstanla bağlı konfrans baş tutdu. Bu tədbirdə Yaxın Şərq, Böyük Avrasiya ölkələrinin yüksəksəviyyəli nümayəndələri iştirak etdi. Orada Suriyanın xüsusi xidmət orqanının rəhbər şəxslərindən biri də vardı və onunla çox konstruktiv və səmimi görüş oldu”, - deyə Narışkin bildirib. 

Qeyd edilib ki, S.Narışkin aprelin 17-18-də sözügedən konfransda iştirak etmək üçün Bakıda səfərdə olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.