“sirin.az” xəbər verir ki, bu barədə “360.ru”ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.
Onun sözlərinə görə, bir neçə görüş baş tutub və bütün lazımi əşyaların ötürülməsi təmin edilib.
O bildirib ki, Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur: “Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”.
Xatırladaq ki, iyulun 1-də Bakıda İrandan narkotik tranziti, qadağan olunmuş maddələrin onlayn ticarəti və kiberdələduzluqda şübhəli bilinən səkkiz rusiyalı saxlanılıb.