Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bakının tıxacında nə qədər əziyyət çəkdiklərini görürük”
 
						“Bakının tıxacında nə qədər əziyyət çəkdiklərini görürük”
Əlavə olunub: 03.14.2025 | 16:10 | Baxılıb: 1803
“Xankəndidə Qarabağ Universitetinin tikintisinin şahidi olduq. Məhz tələbələrin bu bölgəyə axını sayəsində Qarabağda canlı həyat özünü hiss etdirməkdədir. Biz başqa bölgələrdə də mütləq bu universitet modelindən istifadə etməliyik”.

“sirin.az” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Bakıdakı universiteti köçürəkmi, yoxsa yeni universitet açaqmı?! Əsas odur ki, təhsil mühiti, sosial həyat olanda insanlar axınla bölgələrə gedəcəklər. Çünki Bakının tıxacında nə qədər əziyyət çəkdiklərini hamımız həyatımızda müşahidə edirik”, - deputat bildirib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.