“sirin.az” xəbər verir ki, Rusiya vətəndaşı 1969-cu il təvəllüdlü Esmira Məlik qızı Rəhmanova Surqut-Bakı reysini həyata keçirən təyyarə ilə Azərbaycan paytaxtına eniş edərkən ölüb.
Onun infarkt səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edilib ki, mərhum onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.