Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bakıya səfəri təxirə salmağı düşünürdüm” - Ukrayna XİN rəhbəri
 
						“Bakıya səfəri təxirə salmağı düşünürdüm” 
							 - Ukrayna XİN rəhbəri
Əlavə olunub: 05.25.2025 | 13:37 | Baxılıb: 2806
“Azərbaycanda olmağa çox şadam. Xüsusi qonaqpərvərliyə görə təşəkkür edirəm. Uzun müddət Bakıda olmamışam. Azərbaycandakı inkişaf məni həqiqətən çox təəccübləndirdi. Bu qədər gözəl və rahat mühitdə olmaq mənim üçün bir qədər fərqlidir. Çünki buraya səfərə yola düşdüyüm gecə Rusiya Ukrayna ərazilərini və paytaxt Kiyevə qarşı ən kütləvi və amansız hücumlardan birini həyata keçirdi”.

“sirin.az” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ötən gecə Ukrayna ərazilərini kütləvi atəşə tutub:

“Mülki şəhər və kəndlərimizə qarşı 14 ballistik raket və 250 pilotsuz uçuş aparatı buraxıldı. Təəssüf ki yaralananlar və həyatını itirənlər var. Həmin gecə raketlər və dronlar mənim evimin üzərindən keçirdi. Bir anlıq səfəri təxirə salmalı olduğumu düşündüm. Amma artıq 2000 kilometrdən çox arxada qalıb və bu gün mən Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlığın inkişafına təkan vermək üçün buradayam. Ukrayna apardığı mübarizədə Azərbaycanın onun müstəqilliyini tanımasından çox məmnundur”.

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.