Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 04:08 | Baxılıb: 2406
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda bu gecə saat 02:30-da 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.

“sirin.az” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Sındırgı rayonu olub.

Məlumata əsasən, yeraltı təkanlar 7 kilometr dərinlikdə baş verib.

Xatırladaq ki, bundan əvvəl Balıkesirdə 6,1 maqnitudalı güclü zəlzələ qeydə alındığı və bölgədə bir neçə binanın uçduğu bildirilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.