Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Barışığa Qətər də vasitəçi olub - KİV
 
						Barışığa Qətər də vasitəçi olub 
							 - KİV
Əlavə olunub: 06.24.2025 | 04:33 | Baxılıb: 3060
Qətər də İsrail-İran arasında əldə olunacaq atəşkəsdə vasitəçiliyə kömək edib.

“sirin.az” CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıb.

Danışıq zamanı Tramp ona deyib ki, ABŞ İsraili İranla atəşkəsə razılaşdırmağa nail olub.

Mənbənin sözlərinə görə, daha sonra ABŞ lideri Qətər əmirindən İranı da atəşkəsə razı salmaq üzərində işləməyi xahiş edib.

ABŞ-nin vitse-prezidenti Vens də Trampın barışıq anonsunu Qətər ilə əlaqələndirib.

Məlumata görə, Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhmanla söhbətdən sonra iranlılar atəşkəs təklifi ilə razılaşıblar.

Qeyd edək ki, hələlik nə İran, nə də İsrail atəşkəslə bağlı rəsmi açıqlama verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.