Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 00:42 | Baxılıb: 1285
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə qrup mərhələsinin 3-cü turunda İspaniyanın “Barselona” komandası Yunanıstanın “Olimpiakos” klubuna qarşı inamlı qələbə qazanıb.

“sirin.az” xəbər verir ki, Kataloniya təmsilçisi “Nou Camp”da keçirilən qarşılaşmada rəqibini 6:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, oyunun qəhrəmanı Fermin Lopes olub. Belə ki, o het-trik müəllifi kimi fərqlənib. Markus Reşford da iki qol vurub, Lamin Yamal isə penaltidən hədəfi dəqiq tapıb.

Yunan klubunun yeganə qolunu isə penalti zərbəsindən Ayub El-Kaabi vurub. 57-ci dəqiqədə “Olimpiakos”un yarımmüdafiəçisi Santiaqo Esen isə qırmızı vərəqə alaraq meydandan qovulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.