Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Baş nazir Qarabağa xərclənən məbləği açıqladı - Yenilənib
 
						Baş nazir Qarabağa xərclənən məbləği açıqladı 
							 - Yenilənib
Əlavə olunub: 03.14.2025 | 11:33 | Baxılıb: 2794
“Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib”​.

“sirin.az” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edərkən bildirib.

“İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir.

Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat ayrılıb.

2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə, Baş nazir söyləyib.

***

Əli Əsədov əlavə edib ki, 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb (2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çox).

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb: “2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.