“sirin.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk sezonu böyük maraqla qarşılanan seriala yeni aktyorlar qatılıb.
Ekran işinin ikinci sezonunda baş qəhrəman Baki obrazını canlandıran Ahmet Kuralın tərəf müqabili Hande Soraldır.
İlk mövsümdə serialın musiqisini səsləndirən Şahin Kendircinin səhnələri də izləyicilər tərəfindən çox bəyənilmişdi. Bu mövsüm isə onu müğənni Bayhan əvəzləyib.
Tamaşaçılardan bəziləri Bayhanın serialda yer almasını bəyənsələr də, bir qismi bunun əksini bildirib.