Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bayramov sloveniyalı həmkarı ilə görüşdü - Fotolar
 
						Bayramov sloveniyalı həmkarı ilə görüşdü 
							 - Fotolar
Əlavə olunub: 04.17.2025 | 13:23 | Baxılıb: 1601
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla sloveniyalı həmkarı Tanya Fayon arasında təkbətək görüş keçirilib.

“sirin.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

Təkbətək görüş zamanı siyasi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, ticarət və investisiyaların artırılması, çoxtərəfli platformalarda qarşılıqlı dəstək müzakirə edilib.

Daha sonra nazirlər arasında geniş tərkibdə görüş keçirilib.

Tərəflər enerji, rəqəmsal innovasiya, ekoloji davamlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib, regional təhlükəsizlik, əlaqə və çoxtərəfli koordinasiya ilə bağlı fikir mübadiləsi aparıblar.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.