Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bayramov suriyalı həmkarı ilə görüşdü - Foto
 
						Bayramov suriyalı həmkarı ilə görüşdü 
							 - Foto
Əlavə olunub: 06.21.2025 | 20:27 | Baxılıb: 667
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsad əş-Şeybani ilə görüşüb.

“sirin.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”də paylaşım edib.

Görüş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində baş tutub.

Müzakirələr zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıblar.

Humanitar yardım təşəbbüslərinin gücləndirilməsinə və münaqişədən sonra bərpa səylərində əməkdaşlıq imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.