Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.11.2025 | 18:53 | Baxılıb: 3710
“Azarkeşlərin haqqımda təriflər etməsi müsbət təsir göstərir. Bu futbolçu olaraq bizim işimizdir. Milli komandanın tərkibindəyiksə, ikiqat diqqətli olmalıyıq”.

Bunu “sirin.az”ya açıqlamasında ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa-Azərbaycan (3:0) matçından sonra sosial şəbəkələrdə gündəm olan yığmamızın futbolçusu Bəhlul Mustafazadə bildirib.

B. Mustafazadə oyunla bağlı təəssüratlarını da bölüşüb:

“Düşünürəm ki, ilk hissə daha yaxşı oynadıq. Rəqibin hücumlarının qarşısını alırdıq. Təəssüflər olsun ki, qol buraxdıq. Dediyim kimi, bəlkə də o qolu buraxmasaydıq, daha fərqli ikinci hissə izləyə bilərdik. Yenə də apardığımız mübarizə bu rəqibə qarşı yaxşı alındı. Daha yaxşı çıxış edə bilərik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.