Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bəhruz Səmədova 15 il həbs verildi
 
						Bəhruz Səmədova 15 il həbs verildi
Əlavə olunub: 06.23.2025 | 16:27 | Baxılıb: 6058
Dövlətə xəyanət ittihamı ilə mühakimə olunan Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“sirin.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı zamanı toplanmış dəlil və sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən, Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B.Səmədov DTX tərəfindən həbs edilib. Məhkəmə prosesində Bəhruz Səmədovun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi sübut olunub.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.