Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Belarus Baş naziri Azərbaycandadır - Foto - Yenilənib
 
						Belarus Baş naziri Azərbaycandadır 
							 - Foto - Yenilənib
Əlavə olunub: 05.05.2025 | 12:26 | Baxılıb: 2507
Belarus Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yola düşüb.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı “BELTA” agentliyi yayıb. 

Bildirilib ki, Turçin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, eləcə də azərbaycanlı həmkarı Əli Əsədovla görüş keçirəcək.

Bununla yanaşı, Turçinin işğaldan azad edilmiş ərazilərə səfəri də planlaşdırılır.

***

Belarus Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

A.Turçini hava limanında Azərbaycan Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.