Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Belarusun İrəvandakı səfiri vəzifəsindən azad edildi
 
						Belarusun İrəvandakı səfiri vəzifəsindən azad edildi
Əlavə olunub: 04.18.2025 | 13:45 | Baxılıb: 3198
Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk vəzifəsindən azad edilib.

“sirin.az” “Belta” agentliyinə istinadən xəbər verir ki, ölkə Prezidenti Aleksandr Lukaşenko bu barədə Sərəncam imzalayıb.

Konyuku əvəz edəcək şəxslə bağlı məlumat verilməyib. O, 2020-ci ilin noyabrından Belarusun İrəvandakı səfiri olub. 

Onu da xatırladaq ki, ötən ilin iyununda Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırmışdı. Bundan əvvəl isə, Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında diplomatik gərginlik fonunda bir daha Belarusa səfər etməyəcəyini bəyan etmişdi. 

Buna cavab olaraq, Belarus da Ermənistandakı səfir A.Konyukun yaxın zamanlarda Minskə geri çağırılacağını bildirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.