“sirin.az” xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Divanlı kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.
Müraciət əsasında qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.