Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Berdiməhəmmədov Əliyevi təbrik etdi
 
						Berdiməhəmmədov Əliyevi təbrik etdi
Əlavə olunub: 04.01.2025 | 17:58 | Baxılıb: 1077
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib.

“sirin.az” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq Novruz bayramı münasibətilə Sizə və Sizin timsalınızda Azərbaycan Respublikasının qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Dünyanın bir çox ölkəsində geniş şəkildə qeyd olunan bu gözəl bayram baharın başlanğıcını və təbiətin oyanmasını özündə təcəssüm etdirir. Novruz bayramı müxtəlif ölkələr və mədəniyyətlər arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində əsas rol oynayır. Bu işıqlı bayram müasir dünyada humanist hisslərin yaranmasına və möhkəmlənməsinə ilham verən ümid simvoludur.

Qoy bu gözəl bayram Sizin və ölkənizin bütün xalqı üçün xoşbəxtlik, sevinc və yeni uğurlar gətirsin!”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.