Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Beş cüdoçumuz AÇ-də mübarizəyə başlayır
 
						Beş cüdoçumuz AÇ-də mübarizəyə başlayır
Əlavə olunub: 04.23.2025 | 09:49 | Baxılıb: 1707
Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı start götürəcək.

“sirin.az” xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq. 

Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar.

Cüdo qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparacaq. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.