Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Beşmərtəbə”də “Bakubus” avtobusu ilə 2 avtomobil toqquşdu - Fotolar
 
						“Beşmərtəbə”də “Bakubus” avtobusu ilə 2 avtomobil toqquşdu 
							 - Fotolar
Əlavə olunub: 07.10.2025 | 10:27 | Baxılıb: 2332
Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, Şıxəli Qurbanov və Füzuli küçələrinin kəsişməsində (Beşmərtəbə adlanan ərazi) “Bakubus” MMC-yə məxsus 2 saylı xətt üzrə hərəkət edən BYD markalı avtobus 2 minik avtomobili ilə toqquşub.

Nəticədə “Toyota” və “Hyundai” markalı nəqliyyat vasitələrinə, eləcə də avtobusa ciddi zərər dəyib.

Hadisə zamanı avtobusda və avtomobillərdə olan şəxslər arasında ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.