
“sirin.az” xəbər verir ki, şanlı qələbəmizin 5-ci ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində, o cümlədən Beyləqan rayonunda silsilə tədbirlər həyata keçirilir. Bu ali ideyanı davam etdirərək, 8 Noyabr – Zəfər Günü münasibətilə Beyləqan rayonunun Görüş adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, DTX-nın rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiyanın məqsədi həm ekoloji mühitin yaxşılaşdırılması, həm də Zəfər Gününün mənəvi dəyərinin cəmiyyətə çatdırılmasıdır. Kök salan hər bir fidan, Azərbaycanın qazandığı tarixi zəfərin əbədiliyini simvolizə edir və bu qələbənin nəsildən-nəsilə ötürüləcək dəyər olduğunu ifadə edir.
Şanlı qələbəmizin izləri yaşıl sabahın hər budağında yaşayacaq.





