Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 18:13 | Baxılıb: 1295
Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri də xəstəxanada ölüb.

“sirin.az"in məlumatına görə, oktyabrın 13-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət alanlardan biri – 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu paytaxtda müalicə olunduğu müddətdə həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, qəza nəticəsində xəsarət alan digər şəxsin müalicəsi xəstəxanada davam edir. Hadisə zamanı yaralananların hamısı ANAMA əməkdaşı olub, həyatını itirənlər isə iki qardaş idi.

Xatırladaq ki, qəzada ağır xəsarət almış ANAMA əməkdaşı olan 29 yaşlı Elvin Həşimov həkimlərin göstərdikləri reanimasion tədbirlərə baxmayaraq, xəstəxanada vəfat etmişdi.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.