Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
 
						Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Əlavə olunub: 05.22.2025 | 16:40 | Baxılıb: 985
Bir sıra dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. 

“sirin.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Komissiyanın iclasında bildirib.

R.Qasımov deyib ki, 62 saylı Kürdəmir dairə seçki komissiyasının sədri Mikaylov Əbülfət dünyasını dəyişib.

Bundan başqa, 58 saylı Xaçmazkənd seçki dairəsindən Səfərov Zöhrab MSK-ya müraciət edərək dairə seçki komissiyasının həlledici səs hüququ üzvlüyündən azad edilməsini xahiş edib. 

Həmçinin 108 Ağstafa seçki dairəsinin üzvü Eynulla Eyyubov da dairə seçki komissiyasının həlledici səs hüququ üzvlüyündən azad edilməsini xahiş edib. 

Məsələlər səsə qoyularaq qəbul edilib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.