“sirin.az"in məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəza zamanı “VAZ 2107”nin 1986-cı il təvəllüdlü sürücüsü, Cəlilabad rayonunun Sabirabad kənd sakini, Mahir Ədalət oğlu Abışov ağır xəsarət alıb.
O, xəstəxanaya aparılarkən ölüb. Mərhum toyuq-cücə ticarəti ilə məşğul imiş.
***
“Mercedes” markalı avtomobildə olanlar Qax rayon sakinləridir.
Belə ki, Pərviz Umud oğlu Xəlilovun idarə etdiyi maşında həyat yoldaşı və iki azyaşlı övladı olub.
Topuq nahiyəsindən xəsarət alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Surxay Şahbazov