
“sirin.az” yerli KİV-ə istinadən xəbər verir ki, satışa çıxarılan biletlərin qiyməti 850–10.000 TL (35-402 AZN) aralığında dəyişir.
Qiymətlər sosial şəbəkələrdə də geniş müzakirə yaradıb.
İstifadəçilər ucuz biletləri almağın mümkün olmadığını qeyd edib. Bəzi kateqoriyalarda qiymətlərin 4.400 TL-dən (təxmini 176 AZN) başladığı deyilir.
Amma məsələ bununla bitmir. İddialara görə, biletlər 49.850 TL-yə (2 min AZN) qədər satışa çıxarılır.
Cem Yılmazın Avropa turnesi çərçivəsində satılan biletləri də diqqət çəkib.
Burada qiymətlər 67,50 – 207,50 avro (132-406 AZN) arasında dəyişir və bu da sosial şəbəkələrdə “Türkiyədə bahadır, Avropada da ucuz deyil” kimi şərhlərlə hədəfə alınıb.