Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Binəqədidə fərdi ev yandı - Video
 
						Binəqədidə fərdi ev yandı 
							 - Video
Əlavə olunub: 07.15.2025 | 21:45 | Baxılıb: 1273
Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib

“sirin.az” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 780kv.m. olan ikimərtəbəli mansard tipli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, həmçinin bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi və mansard hissəsi yanıb.

Evin birinci mərtəbəsi və bitişik ev yanğından mühafizə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.