Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bir ailədə iki general…
 
						Bir ailədə iki general…
Əlavə olunub: 06.25.2025 | 12:26 | Baxılıb: 30041
Xəbər verdiyimiz kimi, general-mayor hərbi rütbəsi verilən hərbçilərdən biri də Elnur Kazımovdur.

“sirin.az"in əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Katibliyinin rəisi olan E. Kazımov ailədə bu rütbəni alan ikinci şəxsdir.

Belə ki, yeni general-mayor hərbi prokurorun sabiq müavini Rasim Kazımovun qardaşıdır. R. Kazımovun özü də general-mayor rütbəsi daşıyır.

Qeyd edək ki, Elnur Kazımov uzun illərdir Müdafiə Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən MN-in Satınalma və təchizat idarəsinin rəisi kimi xidmət edib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.