“sirin.az” xəbər verir ki, Müşahidə Şurasının 15 may 2025-ci il tarixli qərarı ilə Vüsal Ələkbər oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, o bu vəzifəyə 2024-cü ilin 25 iyununda təyin olunmuşdu.
Xatırladaq ki, bu il mayın 1-də Naxçıvan MR-də səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalanıb.
Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyinə verilib.