Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.29.2025 | 23:41 | Baxılıb: 2414
“Slovakiya Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsində iştirak etməyəcək”.

“sirin.az” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fitso jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Slovakiya gələcəkdə Ukraynanın müdafiə məqsədli xərclərinə heç bir vəsait ayırmayacaq:

“Slovakiya Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsinə bir sent belə verməyəcək. Mən artıq demişəm ki, biz heç kimə heç nə vermək niyyətində deyilik. Əgər söhbət qarşıdakı illərin hərbi xərclərindən gedirsə, mən Ukraynaya maliyyə dəstəyini təsdiqləyən heç bir sənəd imzalamayacağam. Bu məsələ ilə bağlı parlamentin fövqəladə iclasını da çağıracağam. Slovakiya Ukraynaya yalnız humanitar yardım göstərir və mina təmizləmə işləri üçün avadanlıq təqdim edir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.