“sirin.az"in məlumatına görə, iki gün öncə respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb.
Fotoların birində azyaşlı Ballıca sakini həyəcanla öz evinə dönməyi gözləyir.
Digər fotonu isə 1992-ci ildə Xocalı hadisələri zamanı dünyaşöhrətli azərbaycanlı fotoqraf Reza Deqati lentə alıb.
Burada meyitxananın yaxınlığında ailə üzvlərinin cəsədlərini gətirməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin gəlişini gözləyən Xocalı faciəsi qurbanı - kiçik qızcığaz əks olunub.
Zamanla bu iki şəklin arasındakı ədaləti Azərbaycan özü bərpa etdi. Xocalı sakinlərinin başına gələn müsibətlərə illərlə səssiz qalan “dünyanın başına” dəmir yumruq dəydi.
O gün qarlı, şaxtalı havada ürəyini buraxaraq qaçqın düşən uşaqlar, həmin torpaqlar üçün biləyinin gücünü ortaya qoydu.
Bu məqamda fotolar arasındakı böyük fərqi yenidən gündəmə gətiririk: