Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.30.2025 | 14:41 | Baxılıb: 1192
“Qarabağ”ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Kopenhagen”lə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

“sirin.az” 26 yaşlı vingerin fikirlərini təqdim edir:

- Baş məşqçimizin dediyi kimi, hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşı oyunumuzu meydanda göstərək. Stadionumuz gözəldir.

- Sabahkı matçla bağlı proqnozunuz necədir?

- “Kopenhagen” əla komandadır. Bura Çempionlar Liqasıdır. Hər komanda güclüdür. Biz əlimizdən gələnin ən yaxşısını edəcəyik və oyuna maksimum dərəcədə fokuslanacağıq.

- “Benfika” ilə matçdan əvvəl qol vuracağınızı hiss etdiyinizi demişdiniz. Sabah da qol vuracağınızı hiss edirsinizmi?

- Mən oyuna daha çox fokuslanmışam. Sabah necə olacağını görəcəyik. Birlikdə mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq. Ən yaxşısını edəcəyimizə inanıram.

Elsevər Məmmədov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.